Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

Azərbaycanda şaxtalı hava dekabrın 18-dək davam edəcək


Dekabrın 13-ü axşam saatlarından başlayaraq Rusiyanın şərqindən hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycan ərazisinə yaxınlaşıb və ölkə ərazisində hava şəraitinin kəskin soyumasına səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya deyib ki, respublikanın əksər rayonlarında gecə saatlarında intensiv, bəzi yerlərdə isə güclü yağıntı qeydə alınıb.

Bildirilir ki, ölkə ərazisində qeyri-sabit, soyuq və şaxtalı hava şəraiti dekabrın 18-dək davam edəcək.

«Yaxın 3 gün ərzində yağıntılar sulu qar və qar şəklində qısa fasilələrlə müşahidə olunacaq. O cümlədən Bakı və Abşeron yarımadasında da yağışla qarışıq sulu qar müşahidə olunacaq. Dekabrın 16-sı axşam saatlarında, dekabrın 17-nə keçən gecə yağıntıların qar şəklində olacağı proqnozlaşdırılır».

Günün bütün mövzuları

XS
SM
MD
LG