Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:44

Gəncədə «SMART» kartlar «İTRON» kartlarla əvəzlənir


Gəncədə qaz sayğaclarının «SMART» kartları «İTRON» kartlarla əvəzlənir. Bu barədə Gəncə şəhər Qaz İstismarı idarəsinin baş mühəndisi Şubay Nəsibov məlumat verib.

Kartların dəyişməsinin «ağıllı» sayğacların beyin proqramının dəyişməsi ilə əlaqədar olduğu deyilir. Bildirilir ki, yeni proqramda mavi yanacaq yükləmələri daha asan olacaq. Hazırda 11 min sayğacın kartı İtron-la əvəzlənib. İlin sonunadək 35 min abonentə də yeni kartlar veriləcək.

Məlumata görə, kartlar pulsuz olaraq «Azəriqaz» tərəfindən abonentlərə verilir.
Gəncədə 66 min abonent var. Onlardan 46 min abonent kartla işləyən sayğacdan istifadə edir.
XS
SM
MD
LG