Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Suriyada üç Azərbaycan vətəndaşı qalıb


Azərbaycanın Suriyadakı səfirliyinin araşdırmaları nəticəsində bu ölkədə üç Azərbaycan vətəndaşının qaldığı məlum olub. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu üç vətəndaşdan ikisi Suriyada ailə qurmuş qadınlardır. Onlar səfirliyin konsulluq xidmətində qeydiyyata düşməyiblər. Üçüncü şəxs isə ixtisasca musiqiçidir və bu gün Suriyanı tərk edəcək.

Azərbaycanın Suriyadakı səfirliyi təhlükəsizlik səbəbilə müvəqqəti olaraq Beyrutda fəaliyyət göstərir. Elman Abdullayev bildirib ki, hazırda diplomatik missiyanın Suriyaya qayıtmasına dair qərar yoxdur.
XS
SM
MD
LG