Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:41

Əfqanıstan prezidenti Hamid Karzai ABŞ-a gedəcək


Hamid Karzai
Hamid Karzai
Əfqanıstan prezidenti Hamid Karzai yanvarda Vaşinqtona səfərə gedəcək.
Onu Birləşmiş Ştatlara ABŞ prezidenti Barack Obama dəvət edib.

Səfər zamanı əsasən Əfqanıstanın gələcəyi müzakirə ediləcək.

Hamid Karzai ilə ABŞ müdafiə naziri Leon Panetta bu gün Kabildə görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər.
Hamid Karzai deyib ki, o amerikalı həmkarı Barack Obama ilə 2014-cü ildən sonra Əfqanıstanda qalacaq ABŞ hərbçilərinin sayı və rolunu müzakirə etmək fikrindədir.

Leon Panettanın bu gün Qəndəhara səfərindən 1 saat sonra NATO bazasına edilmiş hücum nəticəsində 2 dinc sakin ölüb, 19 nəfər isə yaralanıb.
İntiharçı minalanmış maşını bazanın girəcəyində partladıb.
XS
SM
MD
LG