Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:30

«Biz naxçıvanlılar aborigenik»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 15 sentyabr 2012. sayı: 175 (20.580)


MUXTAR RESPUBLİKAMIZDA TƏHSİLİN İNKİŞAFINA HƏRTƏRƏFLİ DÖVLƏT QAYĞISI GÖSTƏRİLİR

...Həmin tədbirdə Ali Məclisin Sədri tələbə - gənclərimizin gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirərək demişdir:

«Siz bu gün tələbə adını qazanaraq həyatınızın yeni bir mərhələsinə qədəm qoyursunuz. Tələbəlik illəri insanın həyatının ən yaddaqalan, eyni zamanda məsuliyyətli dövrüdür. Bu dövrdə müasir dünyada gedən prosesləri dərk etməniz, milli dəyərlərə yiyələnməniz sizin gələcək həyatınızın təməlini təşkil edəcəkdir. Hər biriniz bu mərhələni uğurla keçməlisiniz. Çünki, müstəqil Azərbaycanın gələcəyi, xalqımızın rifahı gənclərimizin bu gün aldığı bilik, təhsil və tərbiyədən asılıdır. Müstəqil Azərbaycanda təhsil alan hər bir gənc gələcəkdə Azərbaycanın mənafeyi üçün çalışmağı qarşısına məqsəd qoymalı, ölkəmizin tarixini və milli dəyərlərini dərində öyrənməli, peşəkar mütəxəssis və milli kadr kimi yetişməlidir».

Sevindirici haldır ki, son illər muxtar respublikamızda hərbi təhsil sahəsinə də maraq xeyli artmışdır. Bu sahədə gənclərin yüksək səviyyədə təhsil alması və gələcəkdə ixtisaslı kadr kimi formalaşması üçün hər cür şərait yaradılmışdır. Bu da Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunanların sayının artmasına gətirib çıxarmış, bu il Hərbi Liseyə 250 nəfər qəbul olunmuşdur.

GƏLİN FƏXR EDƏK Kİ, AZƏRBAYCANLIYIQ

Çox fikirləşdim, çox götür – qoy elədim ki, bu yazını necə adlandırım. Qəzetçilər buna sərlövhə, televiziya işçiləri titr deyirlər. Yeni fikrə dalmışdım ki, həmişə dadımıza çatan, ünümüzə yetən ulu öndərimizin bir cümləsi mənə hayan durdu: Fəxr edirəm ki, mən azərbaycanlıyam! Elə bu yazının sərlövhəsini, yəni baş cümləsini də mübarək fikirlə başlamaq istəyirəm.

...Kimsə özünün bilikli olduğunu nümayiş etdirmək istəyir və «aborigen» ifadəsini işlədir, tərcüməsini də «itib getməkdə olan meyvə» kimi beynimizə ilişdirir. Ensiklopediyanı açıram və oxuyuram ki, «aborigen» «qədim yerli əhali» deməkdir. Və öz – özümə fəxr edirəm ki, biz naxçıvanlılar aborigenik, yəni qədim yerli əhaliyik, çünki, dünya xalqları da gəldilər Naxçıvana, sübut elədilər ki, buranın ən azı 5 min yaşı olan şəhər mədəniyyəti olub. Təkcə 5 min yaşı yox ha, beşminillik şəhər mədəniyyəti, gör ondan qabaq bizim ən böyük tariximiz var imiş. Bunları araşdırmaq lazımdır, bu da tarixçilərin boynuna düşür.

İlimiz «Milli dəyərlər ili»dir, çox böyük, dəyərli ildir, amma bir illə kifayətlənməliyikmi? Bu, yada salmadır, xatırlatmaqdır, bir daha özümüzü özümüzə qaytarmaq, tanımaqdır. Üzü minilliklərin o tayından gələn bir səs, ün bizə xatırladır ki, ehey, sən kiminsən?

Şərhləri göstər

XS
SM
MD
LG