Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:37

Yunanıstana 49 milyard avrodan çox kredit verilir


Foto arxiv
Foto arxiv
Avrozona ölkələrinin maliyyə nazirləri Yunanıstana 49 milyard avrodan çox növbəti kredit ayrılmasını təsdiqləyib.

Nazirlərin yaydığı bəyanatda artıq yaxın vaxtlarda Afinaya 34 milyard 300 milyon avro göndəriləcəyi bildirilir.
Qalan 14 milyard 800 milyon avro isə 2013-cü ilin ilk rübündə göndəriləcək.

Yunanıstan hazırda kəskin iqtisadi böhran dövrünü yaşayır.
O beynəlxalq yardım əvəzində kəskin iqtisadi tədbirlər həyata keçirməlidir.
XS
SM
MD
LG