Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:35

Çin Şimali Koreyaya qarşı yeni sanksiyaların əleynədir


Çin, Şimali Koreyanın orbitə ballistik raket buraxmasından təəssüflənsə də ona qarşı əlavə beynəlxalq sanksiyaların əleyhinə çıxıb.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, BMT-nin hərəkəti Koreya yarmadasında vəziyyəti daha da pisləşdirməməlidir.

ABŞ, Yaponiya və Cənubi Koreya Phenyanın bu hərəkətinə qarşı kəskin beynəlxalq reaksiya verilməsini tələb edirlər.

Bu ölkələr hesab edir ki, Şimali Koreya bununla əslində nüvə başlığı daşıya bilən raketlərin sınağını keçirir.
XS
SM
MD
LG