Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:24

Avrozonadakı banklara nəzarət sistemi yaradılır


Foto arxiv
Foto arxiv
Avropa Birliyinin maliyyə nazirləri Brüssel görüşündə avrozonadakı banklar üzərində nəzarət sistemi yaratmaq razılığına gəliblər.

Razılaşmada, Avropa Mərkəzi Bankına avrozonadakı 150 iri bank üzərində birbaşa nəzarət hüququ verilməsi nəzərdə tutulur.

Avropa Birliyinin daxili ticarət məsələləri üzrə komissarı Michella Barne bunun bank ittifaqı yaradılması istiqamətində ilk böyük addım olduğunu deyir.

Razılaşmanı indi Avropa Birliyinin liderləri ilə Avropa Parlamenti də təsdiqləməlidir.
Bank ittifaqı və bank nəzarəti Avropa Birliyi ölkələrinin bu gün Brüsseldə başlanan sammitinin əsas müzakirə mövzusu olacaq.
XS
SM
MD
LG