Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:16

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin ABŞ səfəri başa çatıb


Asim Mollazade

Asim Mollazade

Millət vəkili, səfər zamanı Polşanın Şərq Araşdırmaları İnstitutu və ABŞ-ın Con Hopkins Universitetinin Transatlantik Əlaqələr Mərkəzi tərəfindən təşkil olunmuş IV Avropa-ABŞ Forumunda iştirak edib. Forumda o, “Transatlantik dilemmaların gücü: strateji, iqtisadi və sosial” mövzusunda keçirilən müzakirələrdə iştirak edib və panellərin birində mövzu ilə bağlı çıxış edib.

Asim Mollazadə səfər zamanı ABŞ Senatında və Nümayəndələr Palatasında müxtəlif görüşlər keçirib.
O,senator Pat Tumile, Kelli Ayott və Con Barrosso, konqresmenlər Pit Sesion, Co Uilson və Denni Rehberglə görüşüb.

Bu görüşlərdə ABŞ-Azərbaycan münasibətləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və terrorizmlə mübarizədə rolu, Ermənistanın təcavüzü, regiondakı inkişaf və sülh prosesinə törədilən maneələr, bölgədəki münaqişələrin həlli yolları müzakirə edilib.

Asim Mollazadə Vaşinqtonda Azərbaycan Parlamenti günündə iştirak edib.
Xeyli ABŞ senatoru və konqresmenlərin qatıldığı tədbir ABŞ-Azərbaycan dostluğu gecəsinə çevrilib.
Gecədə millət vəkili çıxış edərək senator və konqresmenlərə ABŞ-Azərbaycan münasibətləri, ölkəmizdəki və regiondakı proseslər, Ermənistanın təcavüzü ilə bağlı ətraflı məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG