Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:45

Gəncədə polislə icra başçısı arasında mübahisə düşüb


Gəncədə polislə icra başçısı arasında mübahisə düşüb. Gəncə şəhər polisi məlumatı AzadlıqRadiosuna təsdiqləyib.

Məlumata görə, yol-patrul inspektoru Vüqar Sultanov Gəncə şəhərində yerləşən Heydər Əliyev parkında hələ ki, dəqiq bilinməyən səbəblərdən Nizami rayonunun İcra Hakimiyyətinin başçısı Məharət Mustafayevlə mübahisə edib. Əsəbləşən polis işçisinin icra başçısına yerdən iri daşlar ataraq hücum etdiyi bildirilir. Yaxınlıqdakı şəxslər onları sakitləşdirib.

İcra başçısı hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edərək, həmin şəxsin cəzalandırılmasını istəyib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hazırda baş vermiş olayla bağlı araşdırmalar davam etdirilir.

İdarədən onu da bildirdilər ki, hadisə baş verən vaxt Vüqar Sultanov məzuniyyətdə olub. Faktla bağlı toplanmış materiallar araşdırılmaq üçün prokurorluğa göndərilib.
XS
SM
MD
LG