Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:14
Suriyanın cənub-qərbində törədilmiş partlayışda azı 16 nəfər ölüb, 20-yə yaxın adam isə yaralanıb.

Rəsmi SANA agentliyinin məlumatına görə, Qatana şəhərindəki məktəbin ətrafında minalanmış maşın partladılıb.

Dünən isə paytaxt Dəməşqdə, Daxili İşlər Nazirliyinin qarşısında törədilmiş 3 partlayışda azı 5 nəfər ölüb.

Suriya müxalifəti hazırda Dəməşq ətrafında hökumət qüvvələri ilə üsyançılar arasında ağır döyüşlər getdiyini xəbər verir.
Bu arada kütləvi informasiya vasitələri ABŞ rəsmilərinə istinadla xəbər verir ki, hökumət qoşunları üsyançılarla döyüşdə qısa məsafəli raketlərdən istifadə edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə savaş gedir.
Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 40 mindən çox adamın öldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG