Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Hüquq müdafiəçilərinin prezidentdən əfv xahişi


Bir qrup hüquq müdafiəçisi əfvlə bağlı prezidentə müraciət edib.

Bu barədə AzadlıqRadiosuna Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı məlumat verib.

Dediyinə görə, onlar il sonu bayramlarla bağlı prezidentdən Monitorinq Qrupunun siyahısında qalan bütün məhbusların azad olunmasını istəyiblər.

«Hüquq müdafiə təşkilatlarının Monitorinq Qrupu adından bizim prezidentə göndərdiyimiz müraciətdə 10 nəfərin adı var. Bundan başqa biz Müsavat üzvü Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, «Tolışi-sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun və cəzasının böyük hissəsini çəkmiş xəstə məhbusların da əfv olunmasını prezidentdən xahiş etmişik».

Səadət Bənanyarlı deyir ki, prezidentə göndərdikləri müraciətdə sabiq nazirlər, Əli İnsanovla Fərhad Əliyevin də adı var.
XS
SM
MD
LG