Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:23

Viktor Yanukovych Bakıya qısamüddətli səfər edib


Ukrayna prezidenti Viktor Yanukovych dekabrın 12-də Azərbaycana qısamüddətli səfər edib. AzərTAc xəbər verir ki, o, prezident İlham Əliyevlə görüşüb.

İlham Əliyev deyib ki, ikitərəfli münasibətlər tərəqqidədir: «Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə irəliləyiş göz qabağındadır. Biz istiqaməti uzunmüddətli və çoxşaxəli əməkdaşlığa yönəltmişik və əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri uğurla davam edəcək».

Ukrayna prezidenti səfərinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu vurğulayıb. O deyib ki, Ukrayna həmişə dostların uğurlarına sevinir: «Mən bilirəm ki, Siz də Ukraynaya eyni səmimi münasibət bəsləyirsiniz. Düşünürəm ki, bizim birlikdə ürəkdən, dostcasına müzakirəyə çıxarılmalı ənənəvi məsələlərimiz var».

Elə həmin gün Viktor Yanukovych-in Azərbaycana işgüzar səfəri başa çatıb. Onu Bakının hava limanından iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG