Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:21

Beynəlxalq Atom Enerjisi Agentliyi Tehrandadır


Dekabrın 13-də Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri Tehranda İran rəsmiləri ilə görüşəcəklər. İranın mübahisəli nüvə proqramı müzakirə olunacaq.

Agentliyin İran rəsmilərindən şübhələndikləri nüvə silahı proqramında rolu olmuş informasiyaya, rəsmilərə və məkanlara çıxış istəyəcəyi gözlənir.

Agentliyin nüvə təhqiqatına rəhbərlik edən Herman Nackaerts bildirib ki, Tehran razılıq versə, komandası Parçinə getməyə hazırdır. Agentlik şübhələnir ki, İran, paytaxt Tehranın cənub-şərqində yerləşən Parçin kompleksində mümkün nüvə qurğuları ilə sınaqlar aparıb.

İran prezidenti Mahmud Ahmadinejad bildirib ki, o, hələ 2007-ci ildə İranın dinc məqsədli atom texnologiyasının bütün aspektlərini mənimsəməklə «nüvə dövlətinə çevrildiyini» bəyan edib.
XS
SM
MD
LG