Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:02

Dəməşqdə Daxili İşlər Nazirliyi qarşısında partlayış


Çərşənbə günü Dəməşqdə Daxili İşlər Nazirliyinin qapısı ağzında üç partlayış baş verib. Azı dörd nəfər ölüb, xeyli adam yaralanıb. Qiyamçılar və hökumət qüvvələri arasında savaş paytaxta yaxınlaşmaqdadır.

Mərakeşdə toplaşan 120 ölkə rəsmisi isə yeni Suriya müxalifətini Suriya xalqının «qanuni təmsilçisi» kimi tanıyıb.

Bu, Prezident Bashar Assad dövlətinin qanuniliyini itirməsi deməkdir. Suriyanın Dostlarının bu addımından bir gün əvvəl isə ABŞ prezidenti Barack Obama Milli Koalisiyanı Suriyanın qanuni təmsilçisi kimi tanıyıb. Rusiya xarici işlər naziri Sergey Lavrov bunu kəskin tənqid edib.

ABŞ və NATO rəsmiləri Assad qüvvələrinin qiyamçılar əleyhinə Scud raketlərindən istifadə etdiyini deyirlər. Ağ Ev bəyan edib ki, bu «dəhşətli hərəkət» olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG