Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:13
BMT-nin təhlükəsizlik şurası Şimali Koreyanın orbitə ballistik raket buraxmasını pisləyib.
Təhlükəsizlik şurasının Mərakeşdən olan indiki prezidenti Mohammad Loulichk bağlı qapılar arxasında keçirilən iclasdan sonra jurnalistlərə bildirib ki, bu açıq-aydın şuranın qətnamələrinin pozulması deməkdir və şura müvafiq cavab üçün məsləhətləşmələri davam etdirəcək.

Fransalı səfir Gerard Araud isə jurnalistlərə bildirib ki, məsələyələ bağlı qətnamə qəbul edilə bilər.

Amma diplomatların sözlərinə Çin sənədi təsdiqləməyəck.

Şimali Koreya buraxılışın uğurlu olduğunu və raketin orbitə girdiyini bəyan edib.
Raket orbitə süni peyk aparıb.

Birləşmiş Ştatlar hesab edir ki, Şimali Koreya elmi-kosmik buraxılış pərdəsi altında nüvə başlığı daşıya bilən ballistik raketin sınağını keçirib.

Yaponiya və Cənubi Koreya Pxenyanın bu addımını pislətib.
Rusiya ilə Çin isə bundan təəssüf bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG