Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:14

«Naxçıvanda Cəlal Əliyevin yetişdirdiyi sortları əkmək məsləhət görülür»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 25 sentyabr 2012. sayı: 181 (20.586)


QIŞ NƏ QƏDƏR SƏRT OLSA DA...

Rayonda 16 kəndin əhalisini Aralıq Su Anbarı içməli su ilə təmin edir. Anbarda, istehsalat binaları və kəmərlərdə təmir işləri aparılmışdı. Kifayət qədər sarğı materialı, müxtəlif diametrli plastmas borular, kabellər və digər avadanlıqlardan ibarət ehtiyat yaradılması qayğısına qalmışdır. Bu payız, qış aylarında rayonumuzun fasiləsiz su təminatına zəmin yaradılmışdır.

Rayon Yol-Təmir Tikinti İdarəsi də qışa hazırlığına diqqət mərkəzində saxlayır. İdarənin rəisi Natiq Əliyev qeyd etdi ki, bu qurum 362 kilometr olan avtomobil yollarında xidmət edir. Həmin yolların 329 kilometri yerli, qalanı isə respublika əhəmiyyətli yollardır. Əsas vəzifəmiz avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə yollarda əsaslı və cari təmir işləri həyata keçirilir. 130 ton qum ehtiyatı yaradılmışdır. Ayın axırınadək daha 60 ton qum tədarük ediləcək. Qışa hazırlıq məqsədilə 2 avtoqreyder, 2 buldozer, 1 ekskavator və 8 yükünü özüboşaldan maşın tam işlək vəziyyətdə saxlanır.

Şərur qışa mütəşəkkil hazırlaşır. Deməli, qış nə qədər sərt keçsə də, heç bir ciddi problem yaranmayacaq.

ŞIRIM ÜSULU TAXIL ƏKİNİNİN ƏN MÜTƏRƏQQİ FORMASIDIR

...Taxılın şırım üsulu ilə əkilib – becərilməsi üçün əvvəlcə əkiləcək bitkinin sələfi müəyyən olunmalıdır. Bitkinin sələfi müəyyən olunduqdan sonra əkin sahəsində qida maddələrinin balansın bilmək üçün torpaq nümunələri götürülərək analiz edilməli, buna müvafiq torpağa üzvi və mineral gübrə verilməlidir.

...Taxıl sahəsindən yüksək məhsul götürmək üçün ikinci ən əsas işlərdən biri muxtar respublikanın torpaq-iqlim şəraitində sınaqdan keçirilmiş məhsuldar buğda və arpa sortlarının əkilməsidir. Birliyin seleksiya təcrübə sahələrində sınaqdan keçirilmiş və muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış akademik Cəlal Əliyevin yetişdirdiyi «Nurlu -99», «Əzəmətli -95», «Bərəkətli -95», «Ruzi 84», «Turan», «Mirbəşir 128», «Qiymətli -17», «Qobustan, «Qızıl buğda», «Qırmızı gül», Türkiyə və Azərbaycanın müştərək sortu «Dağ – daş», Krasnodar Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yerləşdiyi «Bezostaya –1» sortlarının əkilməsi məsləhətdir.

Taxıl əkini keçirmək üçün nəzərdə tutulan sahə pərşum edildikdən sonra malalanır. Malalanmış sahədə əkin toxumsəpən aqreqat vasitəsilə həyata keçirilir. Bundan sonra torpağın tipindən və sahənin relyefindən asılı olaraq, cərgəarası 70 -85 santimetr olmaqla şırımlar açılır. Şırım xüsusi aqreqat vasitəsilə 15 -20 santimetr dərinlikdə aparılarsa, yaxşı nəticə verə bilər.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Hüquqi maarifləndirmə günün tələbidir
- Qürur doğuran Əylis
- Xan sarayı
XS
SM
MD
LG