Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:57

Misir müxalifəti referendumda yox deməyə çağırıb


Misirin əsas müxalifət qrupu olan “Milli qurtuluş cəbhəsi” yeni konstitusiya layihəsi ilə bağlı keçiriləcək referenduma yox deməyə çağırıb.

Amma qrup bildirib ki, əgər lazımi qədər müşahidəçi olmasa və hökumət təhlükəsizlik tədbirləri görməsə referendumu baykot da edə bilər.
Müxalifət həmçinin referendumun gedişini izləmək üçün beynəlxalq müşahidəçilər tələb edir.

Referendum dekabrın 15-nə təyin edilib.

Yeni konstitusiya layihəsinin xalqın maraqlarına cavab vermədiyini deyən müxalifət prezident Mohammad Morsi və onun təmsil olunduğu “Müsəlamn qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda ittiham edir.
XS
SM
MD
LG