Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:12

Tanınmış hindistanlı musiqiçi Ravi Shankar vəfat edib


 Ravi Shankar
Ravi Shankar
Tanınmış Hindistan musiqiçisi Ravi Shankar 92 yaşında vəfat edib.
O ABŞ-ın San Diego şəhərindəki xəstəxanada əməliyyatdan sonra vəfat edib.

Shankar Hindistanın milli musiqi aləti olan Sitar ustasıdır.
O bu aləti qərbdə də məşhurlaşdırır və məşhur “The Beatles” qrupunun üzvlərindən biri Georgi Harrison ondan dərs alır.
Onlar 1971-ci ildə “Banqladeş üçün konsert”də iştirak edirlər.

Shankarı “The Beatles”in digər üzvləri və başqa qərb ulduzları da yaxşı tanıyırdı.
O 1960-cu ildə Budstokda keçirilən əfsanəvi festivala qatılır.

Hindistanın baş naziri Manmohan Sing Shankarın ölümündən kədərləndiyini və onun bütün dünyada Hindistan mədəni irsinin nümayəndəsi olduğunu bildirib.
XS
SM
MD
LG