Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yanvarda görüşə bilər


Elmar Mammadyarov və Edward Nalbandian

Elmar Mammadyarov və Edward Nalbandian

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gələn ilin yanvarın son həftəsində Parisdə olmalıdır.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Həmin vaxt ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə bir araya gəlməlidirlər.

Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yeni ideya olmasa da, bəzi yeni təkliflər var və görüşdə bu təkliflər müzakirə olunmalıdır.

Nazir əlavə edib ki, nazirlərin Dublin görüşündən sonra həmsədrlərlə birgə bəyanat verilməsinə Ermənistan mane olub.
Çünki Fevralda Ermənistanda prezident seçkisi keçiriləcək və yəqin ki, Ermənistan buna görə, qeyri-konstruktiv mövqe tutdu.
XS
SM
MD
LG