Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Vladimir Putinin Federal məclisə illik müraciəti olub


Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putinin bu gün Federal məclisə illik müraciəti olub.
O ölkənin daxili işlərinə xaricdən müdaxilənin yolverilməz olduğunu bildirib və qeyd edib ki, xaricdən pul alan və bunun müqavilində xidmət göstərən xadim, Rusiyada siyasətçi ola bilməz.

Putin bildirib ki, Rusiya demokratiyası öz ənənələrinə söykənməli və xaricdən ötürülən standartları qəbul etməməlidir.
O qeyd edib ki, hökumət daxili və xarici miqrasiya proseslərini ciddi nəzarətə götürməli və 2015-ci ildən gec olmayaraq Rusiyaya giriş, başqa ölkələrin daxili yox, xarici pasportları ilə həyata keçirilməlidir.

Vladimir Putin həmçinin qeyd edib ki, 21-ci əsrdə ölkənin əsas inkişaf planı Sibir və Uzaq Şərqin inkişafına yönəlməli və Rusiya Asiya-Sakit okean regionunda layiqli yer tutmalıdır.

Prezident hesab edir ki, hər ailədə 3 uşaq, norma olmalıdır.
XS
SM
MD
LG