Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:24

Azərbaycanın qonşu siyasəti [Video]


Politoloqlar Rufiz Qonaqov, Razi Nurullayev və Sədrəddin Soltan bu haqda danışırlar

-
Razi Nurullayev:

«Azərbaycanda indiki hakimiyyət təmsilçiləri daima balanslı siyasət həyata keçirildiyini vurğulayırlar. Amma etiraf etmək lazımdır ki, o balanslı siyasət Azərbaycanın həyatında əhəmiyyətli rol oynayıb. 2010-cu ildən Azərbaycanın balanslı siyasəti tamamilə çöküb. Çünki dünya artıq dəyişib və Azərbaycan öz seçimini etməlidir. Deyək ki, Gürcüstan seçimini birmənalı etdi. Ətrafına baxmadan seçim etdi və bunun bədəlini çox ağır ödədi. Etiraf etmək lazımdır ki, Azərbaycan bu məsələlərdə daha ehtiyatlı davranıb. Amma hazırkı mərhələdə Azərbaycanın yeritdiyi xarici siyasət mənim üçün o qədər də anlaşılan deyil. Azərbaycan Avropaya inteqrasiya etmək istəyir. Bəlkə də artıq indi zamanıdır ki, ABŞ və Avropanın tam dəstəyini alaraq bütün qonşularına üz çevirsin və onlarla bərabərhüquqlu olduğunu bəyan etsin. Tam müstəqil siyasət həyata keçirsin. Amma Azərbaycanın problemi ondadır ki - bu problem birbaşa iqtidar tərəfindən yaradılır - Azərbaycan Avropa Birliyinə və Avropaya özünün dəyərləri ilə inteqrasiya etmək istəyir».

Rufiz Qonaqov:

«Azərbaycan Avropaya inteqrasiya istiqamətində addımlar atıb. Azərbaycan beynəlxalq qurumların, təşkilatların üzvüdür. Bu o demək deyil ki, Azərbaycan öz qonşuları ilə siyasətini ikinci plana keçirməlidir. Bu günə kimi Azərbaycanın xarici siyasəti ondan ibarət olub ki, həm Rusiya, həm İran, həm də Qərblə balanslaşdırılmış siyasət yürüdülüb. İndi bölgədə elə bir vəziyyətdir ki, müəyyən məsələlərdə Azərbaycan seçim qarşısında qalıb və bu getdikcə özünü artıq aydın şəkildə göstərir. Azərbaycanın həm Rusiya, həm İranla əlaqələrini qoruyub saxlamağa ehtiyacı var. Biz istəsək də, istəməsək də, qonşuyuq. Mən bu fikirlə razı deyiləm ki, Qərbə görə Azərbaycan qonşularla siyasətini ikinci plana keçirib».

Sədrəddin Soltan:

«Azərbaycanın həm şimalında, həm cənubunda avtoritar rejimlər hakimdir. Həm şimalda, həm cənubda sabitlik uzunmüddətli görünmür. Hər iki tərəfdən Azərbaycan avtoritar rejimlərin əhatəsindədir. Azərbaycanda da buna oxşar bir rejim var. Azərbaycanın Qərbə inteqrasiyası isə 1992-ci ildən başlayıb. Bu xarici siyasi kurs davam etməkdədir. Düzdür, onun aşağı-yuxarı məqamlarda icrası problemləri var. Azərbaycanda olan ən böyük problem azad və ədalətli seçki problemidir. Buna isə siyasi hakimiyyət siyasi iradə göstərə bilmir. Hakimiyyət siyasi iradə göstərərsə, Azərbaycan bölgənin ən demokratik ölkəsi olar».

Şərhləri göstər

XS
SM
MD
LG