Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

Məhərrəm Əliyev: «Bu təyinatın heç bir siyasi anlamı yoxdur» - [Video]


-

«Mən cənab prezidentin sərəncamı ilə bu vəzifəyə təyin olmuşam. Ayın 30-dan da vəzifəmi icra edirəm. Qalan şeylər də zaman gələcək yerini tutacaq».

Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev yeni təyinatı ilə bağlı AzadlıqRadiosunun sualına belə cavab deyib:

«Bu təyinatın heç bir siyasi anlamı yoxdur. Əvvəl başqa vəzifədəydim, indi başqa vəzifədə. Gördüyünüz kimi də fəaliyyətdəyik».

Məhərrəm Əliyev Azərbaycandakı hərbi-siyasi durumu belə dəyərləndirib: «Vəziyyət sabitdir».

O, Azərbaycan Ordusunun indiki durumuna da qiymət verib.

«Nəinki regionda, bir çox ölkələrdən irəli gedən ordumuz var. Ordumuza çox diqqət yetirilir və o hazırlıqlıdır. Azərbaycan Ordusu öz torpaqlarını qorumağa və işğal altındakı torpaqları azad etməyə qadirdir».

Noyabrın 30-da dövlət başçısı İlham Əliyev Məhərrəm Əliyevi prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edib. Prezident başqa sərəncamla ona general-leytenant hərbi rütbəsi verib və bununla da Məhərrəm Əliyev həqiqi hərbi xidmətə qəbul edilib.

Bundan əvvəl o, Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Azərbaycanın Tacikistandakı səfiri vəzifəsində işləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG