Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

Əsəd Cahangirin «Ulduz»u və kuklası…


Səxavət Sahil
Səxavət Sahil
-

Qayıdaq Əsəd Cahangirin «Ulduz»una. AYB rəhbərliyi Əsəd Cahangirin «Körpü»sünü bağlasa da, Əsəd bəy həvəsdən düşmədi, «çerez» Kəramət «Ulduz» yapdı. Bu onun fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən «Körpü» elə körpə ikən beşikdəcə boğuldu.

Tanıyanlar bilir ki, (qoy tanımayanlar da həqiqəti bilsin) jurnalın üz qabığındakı hərəkətetdirici əl Əsəd Cahangir, hərəkətə gətirilən oyuncaq isə Kəramət Böyükçöldür. Yeri gəlmişkən üz qabığındakı şəklə və onun ideya müəllifinə təşəkkür edirəm. Həqiqəti sübut etdiyi üçün. İnciməsin redaktorluq həvəsi olan gəncimiz. Məncə bundan sonra Kəramət Böyükçöl imzasını Kəramət Böyük(Cahangir)çöl etsə daha yaxşı olar.


Gənc yazar Səxavət Sahil «Oxu zalı»na göndərdiyi bu yazı ilə «Ulduz» jurnalının son sayı ilə bağlı polemikaya qoşulur.



Səxavət Sahil

«Ulduz»un üz qabığı diqqətimi çəkdi: düzü, bunu gözləmirdim. Əloyuncağı olmağın təsdiqini jurnalın üz qabığına yapmaq nədənsə ağıl(ın)a gəlməyib. Axı hər şey məlumdur. Yəni «Ulduz»u kim kimin hesabına çıxarıb... Üz qabığındakı maraqlı görüntüyə yazının sonunda bir daha qayıdacam. Darıxmayın!

Buraxılışa məsul Kəramət Böyükçölün iddiası ölçüsündən beş-altı arşın böyük olub. Jurnalın çox hissəsi Əsəd Cahangirin ideyası və məsləhəti ilə ərsəyə gəlib. Yəqin Əsəd qardaşımız Kəramətin bacarıqsızlığını ört-basdır etmək üçün bu işə qol qoyub. Yerdə qalan cüzi hissə isə Kəramətin kəramətinin nəticəsidir. Elə bu yerdə qalan cüzi hissədən aydın görünür: redaktor olmaq həvəsi olan gənc qəhrəmanımız yalnız guruldamağı bacarır.

Buraxılışa məsul şəxs ön söz sayılan hissədə yazır ki, «Gənc redaktorun peşəkarlığı təkcə yaşıdlarını deyil, özündən yaşlı nəslin nümayəndələrini də necə təqdim etməsi ilə ölçülməlidir». Məntiqinə İmişli quzusu kəsim! Peşəkarlıq kimisə təqdim etmə ilə ölçülmür, axı. Özündən yaşca böyük, imzası tanınmışların yenidən təqdim etmək nə deməkdir? Bəyəm bu peşəkarlıqdırmı? Təəssüf ki, Əsəd Cahangir bu hissəni ya oxumayıb, ya da nəzərə almayıb.

Jurnalda Sərvər Şirinov adlı şəxsin «Yeni era başlayır???» yazısı da yer alıb. Başqaların bilmirəm, amma mən bu imzaya ilk dəfədir rast gəlirəm (Bəlkə də onun adından yazıblar!). Yazının ilk cümləsini oxuyanda məlum olur ki, burda da fırıldaq var. Yazıda aqressiya ön plana keçib. Konkret faktlardan misal gətirəcəm. Hörmətli müəllif Sevinc Pərvanəni (Sevinc El Sevər) uşaqlıda keçirdiyi ağrıları freydistcəsinə poeziyaya gətirmək istəyən, çəngəl, bıçaq, qaşıq, bir sözlə bütün mətbəx əşyalarını seksual planda dərk edən, erotikanın ancaq ağrısını yaşayan, ləzzətini isə duymayan yazar kimi təqdim edir. Əslində Sevincin daha ciddi, daha maraqlı mətnləri var. Söhbət yeni eranın başlamasından gedirsə, yazarın bütün yaradıcılığını təhlil etmək qabiliyyətində bulunmaq lazımdır. Eyni zamanda yazarın özündən yox, onun yazdıqlarından danışmaq gərəkdir.

Ulduz jurnalı
Ulduz jurnalı
Müəllif savadını dana bilmədiyi Nərmin Kamala da «ilişir» və onu istedadsız adlandırır. «Aç, mənəm»in müəllifini istedadsız adlandırmaq üçün gərək qərəzli olasan. Yazı müəllifi Cavid Zeynallıya ötəri nəzər salıb. İstedadını inkar edə bilmədiyindən, xırda qüsurlarını qabardıb. Bəlkə də naməlum müəllif, Cavidi yaxından tanıdığından(?) və ondan çəkindiyindən «ilişə» bilməyib. Əvəzində Mirmehdi Ağaoğlunun «Görüş» romanını sadəcə seksual baxımdan fərqləndiyini yazır. Halbuki, Mirmehdinin «Küləyi dişləyən» ciddi romanı da var.

Bu qərəzlərə rəğmən müəllif Kəramət Böyükçölün romanında Qarabağ mövzusu ilə bağlı hamının bildiyi, amma heç kimin danışmadığı dəhşətli həqiqətlərin yer aldığını bildirir. Bəs onda Seymur Baycanın «Quqark»ı nədən bəhs edir. Müəllif «Quqark»ı yəqin ki, qoyun-quzudan yazılan roman kimi təsəvvür edir. Bu da onun öz düşüncəsidir.

Seymur Baycan və Əli Əkbəri siyasi və erotik-pornoqrafik nəsr cəhdləri edən müəllif kimi təqdim edir. Bu da yenə onun öz «işi»dir. Amma ən azından Əli Əkbər «Sarı gəlin» kimi düşündürücü romanın müəllifidir. Və bu əsər bədii cəhətdən xüsusi peşəkarlıqla yazılıb. Pornoqrafiya isə tamamilə ayrı bir zaddır ki, yəqin müəllif bu yazını yazarkən anlaqsız vəziyyətdə olub.

Yazıda belə bir hissə var: «Yeni romançıların adı saya-hesaba gəlmir: Seymur Baycan, Nərmin Kamal, Qan Turalı, Kəramət Böyükçöl, Cavid Zeynallı, Cavidan, Mirmehdi Ağaoğlu, Elxan Qaraqan, Aysel Əlizadə, Sevinc Pərvanə, Kənan Hacı, Sahilə İbrahimova, Əli Əkbər. Amma ad hələ imza deyil, kitab hələ roman demək deyil. Və onların böyük qisminin romanları həvəskar səviyyədən o yana keçmir».

Kimdir həvəskar? Özü də böyük bir qismi. 14 müəllifin adı çəkilir. Kimi həvəskar adlandıraq? Bunu da tapmaq çətin deyil.

Nə isə... Lənət şeytana. Amma «Ulduz» rəhbərliyi də gərək diqqətli ola. Onsuz da «Ulduzu»un başı bəlalıdır. Yoxsa buluda düşə bilər...

Qayıdaq Əsəd Cahangirin «Ulduz»una. AYB rəhbərliyi Əsəd Cahangirin «Körpü»sünü bağlasa da, Əsəd bəy həvəsdən düşmədi, «çerez» Kəramət «Ulduz» yapdı. Bu onun fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən «Körpü» elə körpə ikən beşikdəcə boğuldu. Anar müəllimin bu qərarını indi də anlaya bilmirəm. Həqiqətənmi AYB-nin jurnal buraxmağa parası çatmadı.

Elə buna görə Əsəd Cahangir Kəraməti kəramətləndirib. Pis-yaxşı jurnal çıxdı. Dizaynı maraqlıdır. Yeniliklər də var. Bütün bunlara görə çox sağ ol Əsəd Cahangirin payına düşür. Əsəd Cahangir də istəsə, bu alqışdan Kəramətə hədiyyə edə bilər.

Sonda dediyim fakta bir daha qayıdıram. Buraxılışa məsul şəxs ön söz sayılan hissədə yazır:

«Jurnalın təkcə içindəki deyil, üz qabığı da fikir bildirməlidir». Çox gözəl. Etirafı da bacarmaq lazımdır. Tanıyanlar bilir ki, (qoy tanımayanlar da həqiqəti bilsin) jurnalın üz qabığındakı hərəkətetdirici əl Əsəd Cahangir, hərəkətə gətirilən oyuncaq isə Kəramət Böyükçöldür. Yeri gəlmişkən üz qabığındakı şəklə və onun ideya müəllifinə təşəkkür edirəm. Həqiqəti sübut etdiyi üçün. İnciməsin redaktorluq həvəsi olan gəncimiz. Məncə bundan sonra Kəramət Böyükçöl imzasını Kəramət Böyük(Cahangir)çöl etsə daha yaxşı olar.

Polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana göndərə bilərlər: oxuzali@azadliqradiosu.az

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG