Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:01

«Avropa Olimpiya Oyunlarının yayım hüququ ilə bağlı Azərbaycan hökuməti ilə razılıq yoxdur»


Avropa Yayım Birliyinin (EBU) loqosu
Avropa Yayım Birliyinin (EBU) loqosu
-

Bunu AzadlıqRadiosuna Avropa Yayım Birliyinin (EBU) mətbuat xidmətindən Ben Steward deyib. O, Avropa oyunlarının yayım hüququnun EBU-ya satılması barədə gənclər və idman nazirinin dediklərinin yanlış olduğunu və çaşqınlıq yaratdığını bildirib:

«Belə bir razılaşma və müqavilə yoxdur. EBU Azərbaycan hökuməti ilə bu məsələni müzakirə etməyib və Avropa Olimpiya Oyunlarının yayım hüququnu almaqla bağlı hər hansı niyyətini dilə gətirməyib».

Ben Steward əlavə edib ki, hazırda bu məyusedici halın gecikmədən aradan qaldırılması üçün EBU addımlar atır.

Amma Azərbaycan naziri indidən ölkəyə 120-130 milyon qazanc gətiriləcəyindən söz açır.

APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov dekabrın 11-də keçirdiyi mətbuat konfransında I Avropa Olimpiya Oyunlarının yayım hüququnun Avropa Yayımları Birliyinə satılmasına toxunub:

«Avropa Oyunlarının bütün yayım hüquqları Azərbaycana məxsusdur. Avropa Olimpiya Komitəsinin təklifi ilə bu hüquqları Avropa Yayım Birliyinə satacağıq».

Nazir olimpiya oyunlarına ev sahibliyindən Azərbaycanın təxminən 120-130 milyon avro qazanacağını da söyləyib.

Mediaya açıqlandığı kimi, Avropa Olimpiya Komitəsi dekabrın 8-də I Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Oyunlar 2015-ci ildə Bakıda keçiriləcək.
XS
SM
MD
LG