Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:13

Gələn il 2 metrostansiya açıla bilər


Bakı Metropoliteni gələn ilin sentyabrınadək iki yeni stansiyanı – «Avtovağzal» və «Memar Əcəmi 2»ni istismara verməyi planlaşdırır. Bu barədə jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Tağı Əhmədov deyib ki, hazırda gələcək stansiyaların ərazisində yaşayanlar köçürülür.

Metropoliten rəisi bu prosesin çox çətin getdiyini, buna görə stansiyaların istismara verilməsinin yubana biləcəyini də qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG