Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48
-

ABŞ Prezidenti Barack Obama elan edib ki, Birləşmiş Ştatlar Suriyanın əsas müxalifət qrupunu Suriya xalqının «qanuni nümayəndə»si kimi tanımağa qərar verib.

Bu addım Vaşinqtonun Suriya prezidenti Bashar al-Assad rejimini artıq tanımaması deməkdir.

Bundan əvvəl ABŞ dəfələrlə Assad-i hakimiyyətdən getməyə çağırıb.

Amerikanın ABC News televiziyasına müsahibəsində Obama deyib ki, bu yaxınlarda formalaşmış Suriya Müxalifət Şurasında Suriyanın müxtəlif fraksiyaları təmsil olunur və beynəlxalq qanuniliyə layiqdir.

Obama əlavə edib ki, bu cür tanınandan sonra, Şura məsuliyyətlə davranmalı, qadınların və azlıqların hüquqlarına hörmətlə yanaşmalıdır.

Çərşənbə günü Mərakeşdə keçiriləcək beynəlxalq görüşdə Vaşinqton və müttəfiqlərinin Suriya müxalifətinə dəstəyin artırılmasını müzakirə edəcəkləri gözlənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG