Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

İran Şimali Koreya ilə hərbi əməkdaşlıq etmədiyini deyir


Ramin Mehmanparast

Ramin Mehmanparast

İran raket və nüvə sahəsində Şimali Koreya ilə əməkdaşlıq etmədiyini deyir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast bu cür ittihamların əsassız olduğunu bildirib.

Mehmanparast qeyd edib ki, 1980-ci illər, İran-İraq müharibəsi zamanı iki ölkə arasındakı hərbi əməkdaşlıq sonradan dayandırılıb.
Amma sonradan iki ölkə arasında elmi-texniki sahədə əməkdaşlıq razılaşması imzalanıb.

BMT-nin 2011-ci ildə bu 2 ölkəyə qarşı tətbiq etdiyi sanksiyalarda ballistik raket texnologiyasının yayılması barədə şübhələr olduğu bildirilir.

Nüvə proqramına görə hər iki ölkəyə qarşı beynəlxalq sanksiyalar tətbiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG