Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

Ötən il Əfqanıstandan 4,5 milyona yaxın dollar çıxarılıb


Foto arxiv
Foto arxiv
“Əfqanıstan hakimiyyəti pulyuma əməliyyatı və ölkədən pul çıxarılmasına qarşı lazımınca mübarizə aparmır”.
Məlumatı ABŞ-ın Əfqanıstanın bərpası üzrə baş müfəttişliyinin nümayəndəliyi yayıb.

Çərşənbə axşamı açıqlanmış hesabatda deyilir ki, Kabil hava limanının gömrükçüləri pul sayan aparatlardan istifadə etmir.
Bir çox yüksək rütbəli məmurlar hava limanında yoxlanılmır və hava limanını çox vacib rəsmilər üçün nəzərdə tutulmuş xüsusi dəhlizdən keçirlər.

ABŞ rəsmiləri təkcə ötən il Əfqanıstandan 4 milyon yarıma yaxın dollar çıxarıldığını deyirlər.
XS
SM
MD
LG