Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:26

Kişi aktyorun qadın rolunda çıxış etməsi qəbahətdirmi? (VIDEO)



-

AzadliqFM-in Facebook şərhləri 12-12-12

.Facebookdan şərh yaz
Azadlıq FM-in əsas mövzusu deputat Fazil Mustafanın Bakı şəhər icra hakimiyyətinə müraciəti vı bu addımın doğurduğu əks-səda idi. Fazil Mustafa hesab edir ki, aktyorlar Coşqun və Rafaelin qadın obrazındakı reklam şəkilləri Bakının küçələrindən yığışdırılmalıdlr, çünki milli dəyərlərə ziddir.

Verilişin sualı belə idi
KİŞİ AKTYORUN QADIN ROLUNDA ÇIXIŞ ETMƏSİ QƏBAHƏTDİRMİ?

Verilişdə aktyor İntiqam Soltan, rejissor Əlisa Cabbarov, Türkiyədə yaşayan sənətçi Məlahət Abbasova, reklamçı Hacıəmi Atakişiyev məsələ ətrafında müzakirərlər apardılar. Onların dediklərindən:

İntiqam Soltan:

  • Ərəblinski özü də qadın rolu oynayıb, daha da məşhurlaşdı... Kişi olaraq Rəfael də, Coşqun da səhnədə çox gözəldilər...
  • Bir vətəndaş kimi yadımda reklam tablolarında daha çox Rəfael və Coşqunun qadın paltarı geyinməkləri qalıb. Reklamın məzmunun nə olduğu bilinmir.
  • Mən Rəfaelə dost kimi məsləhət edərdim ki, tələsib cavab verməsin. Əslində burda qeyri- adi heç nə yoxdur.
  • Günah nə deputatda, nə də aktyorlardadır... Əsas günah menecerdədir, reklam sahibindədir... Bu haqda düşünmək lazımdır. Həmin reklamda Azərbaycanın sənətçiləri təhqir olunub. Rəfael və Coşqun təhqir olunub...
  • Mən bu cür reklamları ictimai asayişin pozulması kimi qiymətləndirirəm...

Əli İsa Cabbarov:

  • Bu rejissor priyomlarından biridir... Bu qadağan edilə bilməz... Mən tamaşaçı olaraq Rəfael və Coşqunun səhnədə yaratdıqları rüşvətxor müəllim, rüşvətxor polis obrazlarını çox bəyənirəm. Bu satira cəmiyyətdə də populyardır... Rəfael və Coşqunun seçim azadlığı var, onlar özləri bu rolu seçiblər.

- Fazil Mustafanın deputat seçildiyi ərazidə vətəndaşların kifayət qədər problemləri var. Yaxşı olardı ki, Fazil Mustafa seçicilərinin probleminə də kömək etsin...

  • Reklama gəldikdə isə bu şirkətin adına uyğun reklam deyil... Reklam çox keyfiyyətsizdir və aşağı zövqlü tamaşaçı üçün hazırlanıb. Mən Rəfael və Coşquna isə hörmətlə yanaşıram...


Aktrisa Məlahət Abbasova:

  • Mən reklamı gördüm. Türkiyədə kişi aktyorların qadın obrazlarını yaratmağı qalmaqallara səbəb olmayıb...
  • Məncə, reklamçı öz istəyinə nail olub. O, Rəfael və Coşqunu qadın obrazına çəkib, ölkədə diqqətə, marağa səbəb olubsa, deməli reklam uğurlu alınıb.
  • Bu reklamın eynisi Türkiyədə də var. Belə bir səs-küyə səbəb olmayıb. Bunun reklam şirkətinə xeyri oldu, baxmayanlar da deyəcək ki, baxım. Bu, reklam şirkətinin uğurudur.

İntiqam Soltan:
- Əslində Rəfaelin üz cizgiləri qadın obrazı üçün deyil. Amma Rəfael qadın obrazını o qədər peşəkar yaradır ki, hər kəs ona maraqla baxır

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev:

- Mən reklamların tənzimlənməsinin tərəfdarıyam. Yaradıcılıq azaddır. Biz yaradıcılığa məhdudiyyət qoymaq fikrində deyilik. Bəzi reklamlar bizim milli mentalitetə uyğun deyil...


Bundan başqa

- Bakı sakinləri günün sualına cavab verirlər. Kimin tərəfindədirlər: Fazil Mustafanın, yoxsa Coşqun və Rafailin? Videoya bax, audionu dinlə.

- Filippində "Like" düyməsinə görə həbs cəzası almaq olar. 12 il müddətinə!!! Hansı halda? Facebook xəbərlərini izlə, videoya bax, audionu dinlə.

- Facebook şəbəkəsində yaradılan Heydər Əliyev səhifələri və qruplarına nəzər salanda,
"Heydər Əliyev və Azərbaycan" qrupunda xeyli müxalifətçi tapdıq. Kimləri? Videoyaya bax və ya

Aşağıda audionu dinlə

XS
SM
MD
LG