Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:54

Azərbaycanlı şagirdlər “Riyaziyyat” üzrə dünyada 37-ci olublar


Arxiv foto: Bakıda orta məktəblərdən birində riyaziyyat dərsi.

Arxiv foto: Bakıda orta məktəblərdən birində riyaziyyat dərsi.


Boston Kollecinin dekabrın 11-də yayılan araşdırmasına görə “Riyaziyyat”, “Elm” və “Oxu” fənlərində Cənubi Koreya, Sinqapur və Honq Konqdan olan 4-cü sinif şagirdləri dünyada hamıdan irəlidədirlər.

Azərbaycan Dördüncüləri isə “Riyaziyyat”da 57 ölkə arasında 37-ci, “Elm”də 42-ci yeri tuturlar. “Oxu” fənnində isə araşdırmaya 53 ölkə cəlb edilib və azərbaycanlı şagirdlər onların arasında 38-ci sıradadırlar.

Sənədə görə Rusiya, Finlandiya və Tayvandan olan şagirdlər də bu 3 fənlər üzrə ilk onluqda qərar tuturlar.

Azərbaycanda da orta məktəblərdə təhsilin keyfiyyəti üstündə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyi arasında mübahisələr tez-tez yerli medianın əsas mövzusuna çevrilir. Polemika hətta Təhsil naziri ilə TQDK sədri arasında açıq mübahisəyə keçib.

TQDK orta məktəblərdə təhsilin keyfiyyətinin ildən-ilə azaldığını deyir, ötən il hətta ali məktəblərə keçid ballarını bu üzdən minimuma qədər endirməli olduğunu bildirir.

Təhsil Nazirliyi isə ittihamı rədd edir, nazir tez-tez çıxışlarında bildirir ki, məktəblərdə problemlər olsa da vəziyyət TQDK-nın təsvir etdiyi qədər pis deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG