Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43
23 yaşlı Düşənbə sakini Akmal Dildorbek 2 il əvvəl Universiteti bitirib, kompüter proqramçısı ixtisası alıb.

Amma deyir ki, iki ildir iş tapa bilmir və bu gedişlə Rusiyaya gedib fəhləlik etməli olacaq.

Dildorbek kimiləri indi bütün dünyada milyonlarladır.

BMT-nin Əmək Təşkilatının rəqəmlərinə görə, hazırda dünyada 15-24 yaş arası gənclərin 75 milyonu işsizdir. 2007-ci ildə başlanan maliyyə böhranından sonra onların saylı 4 milyon nəfər artıb.

6 milyon gənc artıq iş tapmaq ümidini itirib. Ekspertlər böhran dövründə ali məktəb bitirən bu gənclərə “itirilmiş nəsil” deyirlər.

Təşkilatın Bangkokdakı nümayəndəsi Matthieu Cognac deyir ki, gənclər işsiz qalmaq riski ən yüksək olanlardırlar.

“Gənclər başqalarına görə, ayrı-seçkiliklə daha çox üzləşirlər. İqtisadi inkişaf olan vaxtı onları ən axırıncı işə götürürlər, amma böhran olan kimi, birinci işdən çıxarırlar”.

Avropa Birliyində 25 yaşa qədər hər 5 gəncdən biri işsizdir. İspaniya v Yunanıstanda hər iki ali məktəb məzunundan biri iş tapa bilmir. Ən pis vəziyyət isə Yaxın Şərqdədir, burada hər 4 gəncdən biri işsizdir.

Dünya üzrə gənclərin işsizliyi haqda danışanda ekspertlər dövlətlərin “sosial bomba” üstündə oturduqlarını deyirlər. Xüsusən də əhalisi yaşlanan ölkələrdə gənclərin işsizliyi büdcə kəsirlərini artıra bilər. Çünki işsiz gənc vergi vermir, sonradan iş tapsa da, az maaş alır, daha az vergi verir, qocalanların sosial müavinətlərini ödəmək üçün dövlətin əlində vəsait toplanmır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə xəbərdarlıq edir ki, gənclər arasındakı işsizlik sosial partlayışların artmasına, yumşaq halda - Yunıstan, ağır halda isə - inqilabların yaşandığı Ərəb ölkələrində baş verən hadisələrin təkrarlanmasına səbəb ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG