Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Mübariz Qurbanlı: «Ölkənin xarici siyasətində problem yoxdur»


Mübariz Qurbanlı

Mübariz Qurbanlı

-

Azərbaycanın heç bir dövlətlə problemi yoxdur. Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib:

«Xarici ölkələrlə problemimiz olsaydı, İdman Olimpiya Oyunlarının Bakıda keçirilməsinə Avropanın 38 ölkəsi, BMT-nin Təhlükəsizlik Şurasına üzv olmağımıza 155 ölkə səs verməzdi. Amerika ilə problemimiz olsaydı, Əfqanıstandan çıxarılan Qərb qoşunlarının üzərimizdən getməsi barədə bizimlə danışığa girməzdilər. Rusiya ilə münasibətlər gərgindirsə, niyə bizimlə müqavilələr bağlayırlar? Sadəcə, müxalifət öz tərəfdarlarına ümid vermək istəyir ki, guya hakimiyyət pis vəziyyətdədir».

Mübariz Qurbanlı Qəbələ RLS-nin qapadılmasının Rusiya ilə münasibətlərə mənfi təsir göstərməyəcəyini də vurğulayıb:

«Stansiya ilə bağlı Rusiyanın özü qərar verib. Biz ona bu qərarı qəbul etməkdə təsir göstərməmişik. Görünür, Rusiya gəlir-çıxarını hesablayıb, xeyir etmədiyi üçün Qəbələ RLS-dən imtina edib».

Rusiya Qəbələ RLS-nın istismarının dayandırılması ilə bağlı dekabrın 10-da Azərbaycan tərəfinə nota təqdim edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG