Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

Nemət Pənahlının cəzası artırılıb


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov dekabrın 11-də məhbus siyasətçi Nemət Pənahlı ilə bağlı yeni açıqlama verib.

O, «Media forum» saytına bildirib ki, Nemət Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsində daxili intizam qaydalarını pozduğuna görə beş sutkalığa cərimə təcridxanasına salınıb:

«Dekabrın 11-də beş sutkalıq cəza bitirdi. Amma cərimə təcridxanasında Nemət Pənahlı daxili intizam qaydalarını yenə pozub və daha beş sutka cəza alıb. O, daha beş gün cərimə təcridxanasında saxlanacaq».

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG