Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:11

V. Talıbov sahibkarlığa göstərilən qayğıdan danışdı


Vasif Talıbov
Vasif Talıbov
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 22 sentyabr 2012. sayı: 180 (20.585)


«NAXÇIVAN TARİXİ» ZAMANIN TƏLƏBİDİR

...Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müxtəlif vaxtlarda imzaladığı sərəncamlara uyğun olaraq, 2009-cu ildə keçirilən «Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan», 2011-ci ildə gerçəkləşən «Naxçıvan: ilk yaşayış yeri və şəhərsalma yeri kimi», 2012-ci ildə gerçəkləşən «Naxçıvan: ilkin şəhər və Duzdağ» Beynəlxalq sipoziumlarında Naxçıvan tarixi ilə əlaqədar çoxlu sayda məruzələr dinlənilmiş, əldə olunan nəticələr təhlil edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

...Sərəncamın imzalanması zərurəti preambula hissəsində belə ifadə edilmişdir:

«...Azərbaycan böyük bir yol keçmiş Naxçıvan diyarının tarixi lazımi səviyyədə öyrənilməmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə və bu gün də ulu öndərin yolunun layiqincə davam etdirilməsi nəticəsində xalqımızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və milli dəyərlər sisteminin elmi dəlillər və aşkar edilmiş yeni faktlar əsasında araşdırılmasına başlanılmış, Azərbaycan, o cümlədən, Naxçıvan tarixinə dair bir sıra elmi nəşrlər meydana çıxmışdır.

«DİZAYN HOLDİNQ» KOMMERSİYA ŞİRKƏTLƏR İTTİFAQININ YENİ İSTEHSAL SAHƏLƏRİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR

...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni istehsal sahələrinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir:

«Bu gün ölkəmizdə həyata keçirilən uğurlu sosial – iqtisadi islahatlar, yaradılan əlverişli biznes və investisiya mühiti sahibkarlığın inkişafını sürətləndirmiş, yeni istehsal sahələrinin fəaliyyət başlamasına stimul vermişdir. Qəbul edilən dövlət proqramları, özəl sektorun inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi ölkəmizin iqtisadiyyatının daha da inkişaf etməsinə, sahibkarlar sinfinin formalaşmasına, insanların sosial – rifah halının yaxşılaşdırılmasına səbəb olmuşdur».

Muxtar respublikamızda sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirən Ali Məclisin Sədri demişdir ki, sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsində yeni yaradılan istehsal və xidmət sahələrinin fəaliyyəti genişlənir. Bu gün istifadəyə verilən yeni istehsal sahələri də muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Bu müəssisələrin yaradılmasına 3 milyon manatdan çox kredit ayrılmışdır.

Məlumat verilmişdir ki, bu gün ən çox istifadə olunan tikinti materiallarından biri də penoplast lövhə örtükləridir. Bu məmulatlar yüksək keyfiyyətlə və rahat istifadə imkanına malikdirlər. İstehsal zamanı xammal əvvəlcə yüksək temperatur və təzyiqdə iri blok şəklinə salınır, sonra isə müxtəlif ölçü və dizaynda kəsilərək xüsusi maddə ilə üzlənir.
XS
SM
MD
LG