Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:25

Gəncədə 3 xristian yönümlü icmanın fəaliyyətinə son qoyulub


Bu barədə Dini Qurumlarla İş üzrə Komitənin Gəncə şəhər şöbəsinin müdiri Firudin Kərimov məlumat verib. O, bildirib ki, xristian yönümlü icmaların təqdim etdiyi sənədlər düzgün olmadığından fəaliyyətlərinə son qoyulub. Gəncədə ümumilikdə 7 xristian yönlü icma olub. Bunlardan 3-ü şəhadətnamə almaqdan imtina edib.

Hazırda Gəncə şəhərində bir xristian yönümlü icma fəaliyyət göstərir.

Firdovsi Kərimov qeyd edib ki, Gəncədə 6 islamyönlü icmadan 5-i qeydiyyatdan keçib.

Ötən il «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər edilib. Əlavələrə əsasən, dini icmalar yerli icra hakimiyyətində qeydiyyatdan keçməli və dini qurumların dövlət reyestrinə daxil olmalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG