Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34

On bir ayda ölkədə 8 faiz bahalaşma olub


Noyabrda Azərbaycanda yer xiyarı, təmizlənmiş düyü, yumurta bahalaşıb, göyərti və xurma isə ucuzlaşıb. Ümumilikdə, ölkə üzrə 2 faiz inflyasiya olub.

Bu rəqəmlər İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Azərbaycanın 10 regionunda apardığı müşahidələrdə qeyd olunub. Araşdırmaya görə, ötən ay bütün sahələrdə qiymət artımı olub - ərzaq 3, qeyri-ərzaq və xidmət tarifləri isə 1 faiz bahalaşıb.

Müşahidələrdə həmçinin repetitor xidmətlərinin qiymətinin 5 faiz artdığı da qeyd olunub.

Statistika Komitəsinin məlumatında da noyabrda ölkədə 2 faiz inflyasiyanın olduğu bildirilir. Komitənin məlumatına görə, ay ərzində düyünün, çörəyin, qoyun və toyuq ətinin, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, kartofun, meyvələrin və s. qiyməti bahalaşıb, qarabaşağın, kərə və günəbaxan yağının, şəkər tozunun, naringinin, xurmanın, göyərtinin qiymətlərində ucuzlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG