Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:12

Gəncədə sanitar tələblərə cavab verməyən 8 obyektin fəaliyyəti dayandırılıb.


-
Bu barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zemfira Ağayeva məlumat verib.

Onun dediyinə görə, şöbənin araşdırması nəticəsində cari il ərzində ümumilikdə 8 obyektin fəaliyyətinə qadağa qoyulub, 28 nəfər cərimə edilib.

Şöbə müdiri deyir ki, cərimə edilən obyektlər sırasına çörək sexi, gips, aqlay sexi, həmçinin ət məhsullarının satışı olan müəssisələr daxildir.

Cərimə edilənlər sırasında səhiyyə sahəsinin işçiləri də var.

Zemfira Ağayeva deyir ki, xəbərdarlıqdan sonra cəriməni ödəməyən sahibkarlara 40 gün möhlət verilir. Cərimələrə yenə ödənilmədikdə ərazi məhkəmələrinə müraciət edilir və qanuni yolla cərimələr alınır.

Hazırda məhkəməyə təqdim edilmək üçün 4 sənəd var.
XS
SM
MD
LG