Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:00

Avropa Birliyinə Nobel Sülh Mükafatı təqdim olundu


Avropa Birliyinin rəsmilərinə diplom və medalı Norveç Nobel Komitəsinin sədri Thorbjorn Jagland təqdim edib.

Avropa Birliyinin rəsmilərinə diplom və medalı Norveç Nobel Komitəsinin sədri Thorbjorn Jagland təqdim edib.

-
«Avropa Birliyi üçün bu mükafat məsuliyyət, qürur və stimuldur».

Bu sözləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Birliyin Nobel Sülh Mükafatını alması münasibətilə keçirilən tədbirdə deyib.

Tədbirdə Avropa Birliyinə daxil olan ölkələrin səfirləri, ictimai-siyasi təşkilatların nümayəndələri iştirak ediblər.

Səfir Roland Kobia qeyd edib ki, Avropa Birliyi qeyri-adi sülh layihəsi olub. Avropa özü ötən əsrdə iki böyük müharibə yaşayıb, amma indi birləşmiş bir qitədir:

«Cənubi Qafqazdakı insanlar Avropa ilə əməkdaşlıq edirlər. Biz də çalışırıq kömək edək ki, Cənubi Qafqaz, Azərbaycanda sülh olsun və buranın vətəndaşları demokratiya, sabitlik və sülhün hökm sürdüyü Avrozonada yaşasınlar».

Səfir həmçinin bildirib ki, Nobel Sülh Mükafatı onların cavabdehliyini və məsuliyyətini daha da artırıb:

«Avropa Birliyi müxtəlif dəyərlərə söykənib. Bunlar insan hüquqları, demokratiya, fundamental azadlıqlardır. Biz inanırıq ki, bu dəyərlər dünyada sülhün bərqərar olmasına kömək edəcək».

Səfirin çıxışından sonra tədbir iştirakçıları canlı yayımlanan mükafatlandırma mərasimini izləyiblər.

Mükafatlandırma mərasimində çıxış edən Avropa Komissiyasının Prezidenti Jose Manuel Barroso bu mükafatı özləri üçün «böyük şərəf» adlandırıb.

Avropa Birliyi Nobel Sülh Mükafatı olaraq verilən 1 milyon 250 milyon dolları müharibə zonalarında yaşayan uşaqlara sərf edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG