Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:31

İlham Əliyev Thomas Melia ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Thomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Thomas Melia deyib ki, regiona səfərlərinə Azərbaycandan başlayıblar və səfərin əsas məqsədi region ölkələri ilə tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Aleksander Page təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi müxtəlif sosial və humanitar layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
İlham Əliyev Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. İlham Əliyev iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG