Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

«Nuhun tərəfdarları Naxçıvanda quruya çıxıblar»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 27 iyul 2012. sayı: 140 (20.545)


BEYNƏLXALQ SİMPOZİUMUN MATERİALLARI ÇAPDAN ÇIXIB

Ötən il iyulun 20 – 24-də Naxçıvan şəhərində keçirilən «Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi» mövzusunda Beynəlxalq Simpoziumun materialları nəşr olunub.
Bu günlərdə «Əcəmi» Nəşriyyat-Polİqrafiya Birliyində nəfis tərtibatla çap olunan yeni nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin «Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi» mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında» 2011-ci il 7 iyun tarixində imzaladığı Sərəncamın və simpoziumun açılış mərasimindəki çıxışının mətni ilə başlayır.

Azərbaycanın, Türkiyənin, ABŞ-ın, Fransanın, Rusiyanın, Ukraynanın nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim tarix üzrə mütəxəssislərin Naxçıvanla bağlı geniş elmi məqalələri «Naxçıvan diyarı bəşər sivilizasiyasının ilk beşiklərindən biri kimi», «Naxçıvan: ilkin şəhər mədəniyyətinin yarandığı yer», «Naxçıvanın arxeoloji abidələri», «Naxçıvan mədəniyyəti və əlaqələri» bölmələrində nəşr olunub.

TARİX ELMİNİN TƏDQİQİNƏ OBYEKTİV BAXIŞ: İNKİŞAF VƏ PERSPEKTİVLƏR

...Tədqiqat işləri, əsasən, Oğlanqala, Ovçular təpəsi, Şahtaxtı, Sədərək, 1-ci Maxta Kültəpəsi, Ərəbyengicə, Aşağı Daşarx, Xələc, Meydantəpə, 2-ci Kültəpə, Sirab, Xarab Gilan, Plovtəpə və digər ərazi və abidələrdə aparılmışdır. Yeni tapıntıları və nəticələri qısa olaraq aşağıdakı kimi göstərə bilərik:

1. Naxçıvan ərazisi dünya sivilizasiya mərkəzlərindən biridir, qədim insanların yaşayış yerləri bu ərazidə olmuşdur.
2. Nuhun gəmisinin quruya çıxdığı ərazi Naxçıvandadır. «Naxçıvan» sözünün etimologiyası «Nuhçıxan»dır, yəni Nuhun tərəfdarlarının quruya çıxdığı ərazidir
3. Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasının beş min ildən artıq tarixi vardır.
4. Naxçıvan ərazisində insanlar 300 – 500 min il bundan əvvəl yaşamışlar
5. Naxçıvan ərazisində, xüsusilə Şərur düzündə «Uti» adlı dövlət qurumu mövcud olmuş, onun mərkəzi hissəsi Oğlanqalada yerləşmiş və Urartu dövlətinə qarşı ciddi müqavimət göstərmişdir.
6. Naxçıvan yaxınlığındakı Duzdağ dünyanın ən qədim duz mədənidir. E.ə 5-ci minillikdən başlayaraq buradan duz çıxarılmışdır
7. Kür – Araz və Boyalı qablar mədəniyyəti bu ərazidə yaşamışdır və sair


DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ
- İstehlak bazarı
- Naxçıvan Muxtar Respublikasının sosial – iqtisadi inkişafı
XS
SM
MD
LG