Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

Rusiya Qəbələ RLS-in istismarını dayandırdı


Azərbaycan Xarici İşlər Nazirliyi Qəbələ RLS-in istismarının dayandırılması ilə bağlı bəyanat yayıb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Rusiya arasında Qəbələ Radio Lokasiya Stansiyası (RLS) ilə əlaqədar intensiv danışıqlar aparılıb.

Azərbaycan danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. Danışıqlar zamanı adı çəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb.

Bəyanatda bildirilir ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG