Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:34

Diffamasiya haqda qanun gələn il qəbul oluna bilər


Gələn il Azərbaycanda «Diffamasiya haqqında» qanun layihəsinin qəbul olunacağı gözlənilir.

APA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova «Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər» mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda «Diffamasiya haqqında» qanunun qəbuluna böyük ehtiyac var:

«Artıq bu qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Bunun 2013-cü ildə parlamentin gündəliyinə çıxarılması və qəbulu tövsiyə olunub. Hazırda Azərbaycanda kütləvi informasiya vasitələrində şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması nəzərdə tutulduğundan belə bir qanunun qəbulu labüddür. Bu qanun qəbulundan sonra ölkədə jurnalistlərə şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması deyil, müəyyən cərimələrin tətbiqi nəzərdə tutulur. Mən «Diffamasiya haqqında» qanun layihəsinin qəbulunun tərəfdarıyam.
XS
SM
MD
LG