Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Prezidentin bacısının ərinin öldürülməsi tam məxfilik şəraitində araşdırılır


Tacikistanda prezidentin qohumunun ölümü hadisəsi dövlət sirri səviyyəsinə qaldırılıb. Bunu həmin qətldə şübhəli bilinən iş adamının vəkili deyir.

Ölkə prezidenti İmomali Rahmonun bacısının əri, 57 yaşlı Holmumin Safarov iyun ayında Düşənbədə öz evinin yanında öldürülmüşdü.

İyul ayında iş adamı Dilovarsho Kosimov həbs olundu.
Onun vəkili Shuhrat Kudratov deyir ki, istintaq bağlı qapılar arxasında aparılır, bu işə “tam məxfilik” statusu verilib.

Ölkənin baş prokuroru isə bildirir ki, bu iş Rahmonun şəxsi nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG