Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

İnsan haqqı… [Video]


Beynəlxalq İnsan Haqları Günündə hüquq müdafiəçiləri İntiqam Əliyev, Mirvari Qəhrəmanlı və İradə Cavadova bu barədə danışırlar.

-
İntiqam Əliyev:

«İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan insanlar risk altındadırlar. Məhrumiyyətlərlə üzləşirlər. Asan deyil onlar üçün bu işlə məşğul olmaq. Bununla yanaşı, hesab edirəm ki, bu şərəfli bir işdir və ən böyük qazancım ləyaqətli həyat sürməyimlə bağlıdır».

Mirvari Qəhrəmanlı:

«Qurddan qorxan meşəyə girməz. Təzyiqlər olduqca çox olub. Qəşəng şirnikləndirici təkliflər olub. Xüsusilə 2002-2003-cü illərdə. Yaxşı layihələr təklifi də olub. Özlərinə qismət olsun».

İntiqam Əliyev:

«Son dövrlər bizə şirnikləndirici təkliflər etmirlər. Mənə şəxsən etmirlər. Mən belə hesab edirəm ki, artıq onlar bilirlər kimə nə təklif edirlər. Bizim dairəyə belə təkliflər etməyin mənasız olduğunu başa düşüblər. Ancaq dolayısı yolla təkliflər olur. Bizi bəzi tədbirlərə dəvət etməklə. Sözsüz ki, biz imtina edirik».

Mirvari Qəhrəmanlı:

«Hüquq müdafiəçisi heç bir siyasi partiyanın üzvü olmamalıdır. Siyasi mövqeyi olmamalıdır. Hüquq müdafiəçisi yalnız insanların hüquqlarını qorumalıdır. Kimə isə hədə-qorxu gəlməməlidir. Kimə isə qarğış yağdırmamalıdır».

İradə Cavadova:

«Hüquq müdafiəçisi qərəzsiz və müstəqil olmalıdır. Əfsuslar olsun ki, bəzən görürük ki, hüquq müdafiəçisi müstəqil deyil. Amma vaxtilə çox işlər görmüş, bəlkə də yorulmuş hüquq müdafiəçiləri var. Belələri də var».

İntiqam Əliyev:

«Hüquq müdafiəçiliyi müxalif fəaliyyət hesab olunur. Sən hökuməti tənqid edirsən. Mahiyyətdə tənqid dayanır. Hakimiyyəti dəstəkləmək və yaxud dövlətçilik maraqlarına çıxış edib hakimiyyətə dəstək verirsənsə, sənə münasibət adekvat olacaq. Cəmiyyətin gözü hər şeyi yaxşı görür. Cəmiyyət hər şeyi görür və qiymətləndirir».

Şərhləri göstər

XS
SM
MD
LG