Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:26

Gəncədə 40 faiz müəllim vahid məktəbli geyimi ilə dərsə gəlir


Bu barədə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bu ildən Gəncədəki orta məktəblərdə müəllimlərin vahid məktəbli geyimində işə gəlməsi tələbinə başlanılıb.

Zakir Hüseynov deyir ki, növbəti il müəllimlərin 100 faizi vahid geyimdə olacaq.

Müəllimlərin vahid geyimi qara kostyum (pencək və ətək) və ağ köynəkdir.

Geyimlər bir neçə yerli geyim firmalarından alınır deyə qiymətləri müxtəlifdir.

Gəncə orta məktəblərində 4500-ə yaxın müəllim çalışır.
XS
SM
MD
LG