Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39
-



«Qanun» nəşriyyatı filosof Ağalar Məmmədovun «Aşma» adlı yeni kitabını nəşr edib. «Aşma» sözünü müəllif belə şərh edib:

«Aşmaq – adlamaq, arxada qoymaq, ötmək, uzaqlaşmaq, keçib getmək, öhdəsindən gəlmək, qalib gəlmək deməkdir. Aşmaq – anlamaqla olur! Aşmaq dəyişməkdir. Buna görə də, bu dəyərli söz həm «başa düşmək» anlamını, həm də «var olmaq» anlamını özündə birləşdirib daşıyır. Var olmaq – hərəkətdə, tərpənişdə, yolda olmaq deməkdir. Buna görə də aşmada dinamizm anlamı var. Böyümək özü-özünü aşmaq deməkdir».

Müəllifin sözlərinə görə kitab onun özünün ayrı-ayrı aşmalarıdır.

«Uzun illərdir ki, mən bu «aşma» sözünün sehrini aşa bilmirəm. Buna görə də onu kitabımın adı kimi seçdim».

Şərhləri göstər

XS
SM
MD
LG