Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:00
-

ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia (Thomas O. Melia) Bakıdadır.

O, dekabrın 10-da Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşlər keçirəcək, demokratiya, insan haqlarına dair məsələləri müzakirə edəcək.

Bu barədə AzadlıqRadiosuna ABŞ səfirliyindən məlumat verilib.

Thomas Melia sonuncu dəfə Bakıda ötən ilin iyununda olub.

Melia Dövlət Departamentində, Cənubi və Orta Asiya, Yaxın Şərqə dair məsələlər və beynəlxalq əmək hüquqları ilə məşğuldur.

O, həmin vəzifədən əvvəl hüquq-müdafiə təşkilatı olan Freedom House-da icraçı direktorun müavini işləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG