Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19

Polis Sumqayıt müxalifətçilərinə xəbərdarlıq edib


-
Sumqayıt polisi İctimai Palatanın Bakıda keçirəcəyi 10 dekabr aksiyasına görə, Sumqayıt müxalifətçilərinə xəbərdarlıq edib.

Bu barədə Azadlıqradiosuna dekabrın 9-da polisə aparılan Müsavat partiyası Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib:
“Məni, AXCP və KXCP-nın şəhər təşkilatının sədrləri səhər tezdən şəhər baş polis İdarəsinə apardılar. Rəis müavinləri Azər Cahangirovla Həsən Əsədov xəbərdarlıq etdi ki, 10 dekabr mitinqinə çıxmayaq. Dedilər özünüz və ya üzvlərinin piketə çıxsa məsuliyyət daşıyacaqsınız. Biz də bildirdik ki, 10 dekabr beynəlxlaq insan haqqları günüdür və bizim özü haqqımızı müdafiə etmək hüququqmuz var. Onlar da dedilər ki, aksiya icazəli olmadığından biz də sizə əvvəlcədən xəbərdarlıq edirik”.
Müsavat Partiyası dekabrın 10-da parlamet qarşısında aksiya keçirəcəyini bəyan edib.

Sonradan İctimai Palata da həmin aksiyaya qoşulmaqla bağlı qərar qəbul edib.
Bakı Şəhər İcra hakimiyyəti Müsavat partiyasına piket keçirməyi məqsədəuyğun saymayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG