Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Azərbaycanda konfet ağacı bar verib


Azərbaycanda konfet ağacı növbəti dəfə bar verib.
AzərTAc-ın məlumatına görə, bu Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Göyçayın Şəhadət kəndindəki meyvəçilik məntəqəsində baş verib.

Bu ağac 1930-cu ildə Çindən gətirilib.
Azərbaycan üçün xarakterik olmayan bu ağac dəfələrlə qurumaq təhlükəsi ilə üzləşsə də sonradan bərpa edilib və sayı üçə çatdırılıb.

Qırmızı kitaba salınan bu ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri adətən dekabrda yetişir.
Soyuğa dözümlü olduğundan meyvələri martadək ağacda saxlamaq olur.
Ağaçın hündürlüyü 10-15 metr olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG